Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 12:03:20
Naxçıvanda distant təhsilin tətbiqinə başlanılıb - NAZİR  

“Naxçıvanda son illər 200-dən çox təhsil məüssisəsi tikilərək istifadəyə verilib”.

AzEdu.az xəbər verir ki, bu sözləri Naxçıvan təhsil naziri Rəhman Məmmədov müəllimlərinin XV qurultayındakı çıxışı zamanı deyib.

O bildirib ki, Naxçıvanda təhsilin inkişafı ilə bağlı xeyli işlər görülüb:

“200-dən çox təhsil məüssisəsi tikilərək istifadəyə verilib. Naxçıvanda distant təhsilin tətbiqinə başlanılıb. Sağlamlıq imkanları mədud uşaqların təhsili üçün distand təhsil mərkəzi yaradılıb.

Bütün şagirdlər vahid geyim formasında istifadə edir. Qəbul imtahanlarında 1781 abituriyent ali təhsil müəssisələrinə qəbul olunub. 6 məzun prezident təqaüdçüsüdür. 112 müəllim respublikanl əməkdar müəlllimi, 104-ü isə tərəqqi medalı ilə təltif edilib"

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayda Təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri və media nümayəndələri iştirak edəcək. Ənənəvi olaraq 5 ildən bir keçirilən qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunur. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.                            

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları