Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-26 14:51:16
Müəllim işləyən məşhurlar - SİYAHI  

Son günlər sosial şəbəkədə müəllim və məşhur məsələsi gündəmdən düşmür.


AZEdu.az “Ölkə.az”a  zamanlar müəllim işləyən dünya məşhurlarının siyahısını hazırlayıb.


1.Silvestr Stallone


“Rocky” və “Rambo” filmləri ilə dünya şöhrəti əldə edən Silvestr aktyor olmadan əvvəl bədən tərbiyəsi müəllimi olub.


2.Barak Obama


Keçmiş ABŞ prezidenti Barak Çikaqo universitetində müəllim işləyib.


3.Candan Erçetin


Məşhur müğənni Erçetin bir müddət “Galatasaray” liseyində musiqi müəllimi işləyib. 

4.Billi Kristal

Məşhur komediya ustası Billi kinodan əvvəl müəllimlik edib.

6.Hyu Cekman


Hollivud ulduzu Hyu 1987-ci ildə İngiltərədəki Appinqhem məktəbində bədən tərbiyəsi müəllimi işləyib.


7.J.K. Roulinq

“Harri Potter” seriyasının yazıçısı Roulinq Portuqaliyada ingilis dili müəllimi işləyib.


8.Stinq

Musiqiçi Stinq məşhur olmadan əvvəl bir monastrda ingilis dili, musiqi və futbol dərsi deyib.


9.Şener Şen

Şener Şen aktyor olmadan əvvəl Muş vilayətində ibtidai sinif müəllimi olub.

10.Hakkı Bulut

Hakkı Bulut Anadolunun müxtəlif kəndlərində müəllim kimi işləyib. Adana Müəllimlər Məktəbi məzunudur.

11.Zara

İstanbul Texniki Universitetinin türk musiqisi dövlət konservatoriyası məzunu olan Zara bir müddət eyni təhsil ocağında müəllim olub.

12.Stiven King


Əfsanəvi yazıçı Stiven King “Lot” kitabını yazdığı dövrdə gündüzlər müəllim işləyib.