Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-26 10:14:00
Gənc şairin şok ölüm səbəbi

Sosial şəbəkədə dostları gənc şair Şaiq Sadıqzadə intihar etməsinin səbəbini açıqlayıblar. 

AzEdu.az İstipress-ə istinadən məlumat verir ki, yaxın dostları yazıb: "Bu yaxınlarda öz maşını ilə başqa bir maşın toqquşdu, qarşıdakı maşında yaşlı kişi dünyasını dəyişdi.  Bu da ona qəbullanmadı ki, mən ölümə səbəb oldum. Gecə vaxtı özünü baxçada ağacdan asıb",- deyə mərhumun tanışı Səməd Mustafazadə sosial şəbəkədə qeyd edib. 

Əslən Kəlbəcərdən olan 27 yaşlı Ş.Sadıqzadə yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub. Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.

Şaiq Sadıqzadə həm də şair kimi tanınıb, çoxlu şeirlər müəllifi olub.

Allah rəhmət eləsin!

Sən oğul doğmadın şeir yazmağa,
Bəlkə arzuların çox idi ana.
Alnıma yazılan bəxti pozmağa,
Bəs niyə pozanın yox idi ana ?!

Mənim hər ağrımı kəsdi qucağın,
Yuxusuz gecələr min əcir oldu.
Vətənsiz böyüdüm, isti qucağın,
Mənə vətən oldu, Kəlbəcər oldu.

Bəd söz eşitmədim sənin dilindən,
Həmişə hamıya alqış etmisən.
Məni qəmli görsən dəyişib birdən,
Bəzən qızlara da qarğış etmisən...

Xərclədin yolumda bütün ömrünü,
Mən necə qaytarım borcumu sənə ?
Elə həssassan ki, isti yay günü,
Qalın qış geyimi qoymusan mənə.

Gizlədim bu şeiri mən səndən gərək,
Bilirəm oxusan gözün dolacaq.
Ay polad dözümlü, ay qəlbi kövrək,
Sən gülsən oğlun da xoşbəxt olacaq...

*****

Payız yarpağıydı saçının rəngi,
Hər payız gələndə yada salardım.
Seçib misraları payız barı tək,
Sənli şeirləri dada salardım.

Bir dəfə demişdin: "Kaşki dünyada,
Tək elə sevginin dərdi olaydı."
Kaşki nə xəstəlik, kaşki nə ölüm,
Kaş elə sevginin dərdi olaydı...

Uğur da qaçaqdı sən təki məndən,
Qaçır ayaqların, qıçların kimi.
Bu payız mən sənə şeir yazmıram,
Bu payız soluram saçların kimi...