Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 15:14:43
“Əminəm ki, hüquq mühafizə  orqanları bu işə düzgün qiymət verəcək” – Nazir direktorun döyülməsini pislədi  

AzEdu.az xəbər verir ki, Təhsil naziri  Ceyhun  Bayramov  “2019-2023-cü illər üçün Azərbaycan respublikasında ali təhsil sisteminin beynalxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunan konfransında çıxış edib.

O çıxışı zamanı 175 saylı məktəbin direktoru Tural Mirzəliyevin yaşadığı insidentə də toxunaraq direktorun döyülməsinin  nadir hal olduğunu bildirib:

“Biz müəllimə böyük hörmət görmüşük. Müəllimə, məktəb rəhbərinə qarşı belə hərəkətlər edilməsi qəbuledilməzdir. Sırf bu məqamla bağlı rəy və nəticəni gözləməliyik. Hüquq mühafizə orqanları bu işlə məşğuldurlar. Əminəm ki, bu işə düzgün qiymət veriləcək. Məmnunluq hissi ilə qeyd edə bilərik ki, son illər prezidentin həyata keçirdiyi tədbirlər əsasında müəllim nüfuzunun artmasının şahidi olmuşuq”. 

Nazir qeyd edib ki, hər il müəllimlərin işə qəbulu imtahanı keçirilir. Son 3 ildə isə 300% artım var:

“Ali təhsil müəssisələrinə qəbulda 2090 nəfər I ixtisas olaraq müəllimliyi seçiblər. Bu, çox böyük göstəricidir. Bu il ibtidai sinif müəllimliyinə 235  nəfər 500 dən yuxarı balla qəbul olub. Müəllimlərə böyük hörmət və ehtiram görürük. Xoşəgəlməz istisnaların olmasını istəmirik”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları