Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 09:00:00
 Ali təhsilin inkişafı üçün fərqli təklif – “Bu ölkə universitetlərinin  filialı açılmalı, DİM imtahanı tələb olunmamalıdır”

Təhsilin ilkin  mərhələsini qəlizləşdirmək yox, maraqlı hala gətirmək lazımdır. Məktəbliyə  çoxlu kitab yükləməklə güclü təhsil verilməz”.

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil məsələləri üzrə mütəxəssis Fuad Hacıyev deyib. Onun sözlərinə görə, təhsildə inqilab edən kiçik ölkələrin  təcrübəsini Azərbaycanda tətbiq etmək üçün şərait mütləqdir:

“Belə ölkələrdən biri Finlandiyadır. Buranın təhsil sistemində qiymətləndirmə, gündəlik anlayışı yoxdur. Tapşırıqlar da ona uyğundur. Orada şagirdlərin  mütləq keyfiyyətləri və maraq dairələri müəyyən edilir.  Biz isə  gündəliyi elə bu gün yığışdırsaq, heç nə dəyişən deyil”.

Onun sözlərinə görə, xarici təcrübədən yararlanmaq üçün Sinqapurdakı yüksək təhsil ocaqlarının Azərbaycanda filialları açıla bilər:

“İlkin olaraq,  yalnız  xarici mütəxəssislərlə  başlanıla  bilər.   Daha sonra isə  xaricdə  təhsil alan,  yaxud  yüksək səviyyədə ixtisaslaşan insanları cəlb etmək olar.

Bundan əlavə, ağıllı bir kənd yaratmaq, yeni texnologiyalara əsaslanan mühəndislik məktəbləri qurmaq olar. Prioritet  ixtisaslar üçün mərkəzlər tikmək də yaxşı fikirdir.

Estoniyanın Tartu Universiteti  ilə mübadilə  proqramlarını  işə salmaq lazımdır. Bu məktəblərə qəbul üçün DİM balı deyil, daha beynəlxalq  imtahanlar tələb olunmalıdır.  Məsələn SAT kimi imtahan nəticəsi tələb eləmək olar”.

Ekspertin fikrincə, təhsili qəlizləşdirmək əvəzinə, maraqlı səviyyəyə gətirmək lazımdır:

“Məktəbliyə  çoxlu kitab yükləməklə güclü təhsil verilməz. Şagirdə  yalnız  lazım olan  informasiyanı  ötürmək lazımdır. Yalnız bu halda şagirddən  potensial kadr yetişdirmək mümkündür”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları