Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-01 14:57:45
Sabah MİQ imtahanlarına START VERİLİR
Test imtahanı mərhələsinin başlamasına son 1 gün qaldı.
 
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 
 
Agentlikdən bildirilib ki, 2 iyul tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
 
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub. Müsabiqənin məqsədi bilik və bacarıqları yüksək, perspektivli müəllimləri tədris prosesinə qazandırmaqdır.