Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-27 16:47:00
Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI

Builki sertifikasiya imtahanlarında 0-29 bal aralığında nəticə göstərən ibtidai sinif müəllimləri ən çox Astara rayonu üzrə olub.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, həmin rayon üzrə 33 faiz müəllim 0-29 bal arası nəticə göstərib:

 

"Siyahı üzrə ilk sırada Azərbaycan dili və ədəbiyyat fənni üzrə Tərtər, Bərdə, Daşkəsən (hər üçü 14%), riyaziyyat fənnindən Gədəbəy (24%), Göygöl (20%) Ağcabədi (21%), xarici dil fənni üzrə isə Ağcabədi (42%), Astara (38%), Lerik rayonundan (37) olan müəllimlər olub".

 

E.Əmrullayev qeyd edib ki, sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 25 yaşa qədər və 25-29 yaş aralığında olanlarının hamısı (100%-i) müvafiq keçid balını (30) toplamağa müvəffəq olub.

 

Sertifikatlaşdırmada ən aşağı nəticə göstərmiş Azərbaycan dili və ədəbiyyat müəllimlərinin bitirdiyi universitetlər:

Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı
Azərbaycan Müəllimlər İnstitutu Qazax filialı
Kirovabad Dövlət İnstitutu
Gəncə Dövlət Pedaqoji İnstitutu
Təfəkkür Universiteti
Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Azərbaycan İctimai-Siyasi Universiteti
Bakı Ali Pedaqoji Qızlar Seminariyası
Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı
Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutu