Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-28 15:00:00
“Müəllimin maaşı nə qədər çox olsa da, repetitorluqdan uzaqlaşmayacaq”

Ötən gün Elm və təhsil naziri mediaya müsahibəsində "Müəllim öz şagirdinə repetitorluq etməməlidir",- deyə fikir səsləndirib.

 

Həmçinin, günümüzdə şagirdlərin repetirorlara getməsi ilə bağlı narazı fikirlər səsləndirilməkdədir. Şagirdin dərsi sinifdə deyil, repetitorların yanında öyrənməsi birmənalı şəkildə qəbul edilmir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə məktəb proqramları vətənpərvərliyi, vətənə sevgini öyrədir, lakin  hazırlıqda şagirdlərə konkret testlər izah edilir:

 

“Burada məsələ fərqli cürdür. Məktəbin funksiyası nədir? Məktəbin funksiyasına təhsil vermək, şagirdlər arasında tərbiyə aşılamaq və s. kimi məqamları qeyd etmək olar. Məktəb proqramları vətənpərvərliyi, vətənə sevgini öyrədir. Amma hazırlıqda şagirdlərə konkret testlər izah edilir. Biz burada repetitorluğun simasında məktəbi itirə bilmərik.

 

Dövlət İmtahan Mərkəzi sırf biliyi deyil, bacarıqları da qiymətləndirir. Məsələn, hüquqşünas bir məsələ ilə bağlı dərhal qərar verməlidir, lakin biologiyanı bitirən laborant hadisələrə gec reaksiya verə bilir”.

 

Ekspert müəllimlərin repetitorluq fəaliyyətindən uzaqlaşmayacağını qeyd edib:

 

“Müəllimin vəziyyəti nə qədər yaxşılaşsa da, o, repetitorluq fəaliyyətindən uzaqlaşmayacaq. Çünki burda əlavə gəlir məsələsi var. Əslində həqiqətən də şagirdin öz müəlliminin yanına getməsi etik deyil”,- deyə ekspert fikrini yekunlaşdırıb.