![](https://azedu.az/uploads/news/2024/06/azedu.az_11975_20066238453fe034bbc77b95141bdb2e_870.jpg)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2024/2025-ci tədris ili üçün bakalavr təhsili üzrə Dərbənd filialına abituriyent qəbulu elan edir. Qəbul «Maliyyə və kredit», «Mühasibat uçotu, təhlil və audit» və «Ümumi iqtisadiyyat» ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə aparılır.
AzEdu.az xəbər verir ki, təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə isə 5 ildir.
Rusiya Federasiyasının vətəndaşlarının qəbulu Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (ЕГЭ) əsasında aparılır.
Xarici ölkələrin vətəndaşları üçün qəbul imtahanları Riyaziyyat, rus dili və xarici dil fənləri üzrə həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul imtahanları Riyaziyyat, Coğrafiya, Azərbaycan və ya rus dili fənləri üzrə həyata keçirilir.
2024-cü ildə qəbul olunanlar üçün tələb olunan sənədlərin qəbul müddəti
a) əyani təhsil forması üzrə:
- Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, büdcə yerlərinə və müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 25 iyun – 26 avqust 2024-cü il tarixlərində;
- Keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 25 iyun –20 avqust 2024-cü il tarixlərində;
b) əyani-qiyabi təhsil üzrə:
- Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 25 iyun –26 oktyabr 2024-cü il tarixlərində;
- Filial tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 25 iyun – 25 oktyabr 2024-cü il tarixlərində;
c) qiyabi təhsil üzrə:
- Filial tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 25 iyun –25 oktyabr 2024-ci il tarixlərində.
Qiyabi təhsil formasına yalnız ali təhsil bazasında qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün sənədlər aşağıdakı keçiddən daxil olunaraq online təqdim edilir: [email protected] və ya www.ageu-derbent.ru.
- Qəbul üçün xüsusi ərizə;
- Şəxsiyyət və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
- Təhsil haqqında sənədin (attestat və ya diplomun) əsli və rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
- Foto (3×4 ölçüdə, 8 ədəd)
- Qeydləri rus dilində aparılmış tibbi arayış (Forma 086-U)
Əlaqə telefonları: 0124925903 (daxili nömrə: 1190); +79675820173
Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər
Əliyev küçəsi ev 10B (auditoriya 101)
kitabı
![Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1693640778_teacher_exam_060922_1_(2)_829.jpg)
![Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1687245153_16869259804265122431_869.jpg)
![Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_-06c284d3166037203920334731510452759_222_745.jpg)
![Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Ekran_goeruntusu_2024-06-21_164328_923.png)
![21 faiz müəllim 51-60 bal toplayıb 21 faiz müəllim 51-60 bal toplayıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_IMG-20240622-WA0031_616.jpg)
![Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1688988956506282590_1200x630_938.jpg)
![58 bal toplayan müəllim: Suallar rahat səviyyədə idi 58 bal toplayan müəllim: Suallar rahat səviyyədə idi](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_20240622-111938_Video_Player_352.jpg)
![Daha 10 müəllim sertifikasiyadan 60 bal toplayıb - SİYAHI Daha 10 müəllim sertifikasiyadan 60 bal toplayıb - SİYAHI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_guu99ueuouhhiugohuiohgioheuioghiueh9384839tg894389yt083ig0oh3oig3bh3_1719239207_890.jpg)