Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-03 12:41:55
Uşaq inkişafı üzrə tanınmış professor “Yeni çağırışlar”da

İyulun 5-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
 

AzEdu.az xəbər verir ki,proqramın budəfəki qonağı İstanbul Aydın Universitetinin müəllimi, uşaq inkişafı üzrə tanınmış mütəxəssis Belma Tuğruldur. Professor Belma Tuğrulla oyun əsaslı öyrənmə barəsində danışılacaq.
 

Belma Tuğrul Hacettepe Universitetinin Təhsil fakültəsinin Məktəbəqədər təhsil kafedrasında uzun illər professor olaraq çalışıb. Bununla yanaşı, Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “365 gün hekayə”, “365 gün oyun”, “Mənim oyun sandığım” və “Erkən uşaqlıq təhsili təqvimi” kimi layihələrdə akademik məsləhətçi olub.
 

Belma Tuğrul hazırda Türkiyə Milli Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirilən “Oyunlarla öyrənirəm” və “Oyunlarla yaxşılaşıram” layihələrində məsləhətçi kimi fəaliyyət göstərir. 
 

Qeyd edək ki, “Yeni çağırışlar” proqramı Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.