Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-02 12:36:47
Növbəti il bağça müəllimləri sertifikatlaşdırılmadan keçəcək

Bu günədək məktəbəqədər təhsil müəssisələrində çalışan 350-ə yaxın tərbiyəçi müəllim mərkəzləşdirilmiş qaydada imtahanla işə qəbul olunub.

 

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.

 

 

 

"Eyni zamanda bu ildən etibarən ilkin olaraq tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirməsi aparılacaq. Növbəti ildən isə tərbiyəçi müəllimlər də sertifikatlaşdırma imtahanında iştirak edəcəklər", - o əlavə edib.