![](https://azedu.az/uploads/news/2024/06/azedu.az_WhatsApp-Image-2024-06-29-at-12.26.07-768x768_20.jpeg)
25-29 iyun tarixlərində Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (JBMO 2024) təşkil edilib. Olimpiadada 22 ölkədən 135 şagird iştirak edib.
AzEdu.az xəbər verir ki, ölkəmiz sözügedən olimpiadada 2010-cu ildən iştirak edir və bu ilə kimi məktəblilərimiz 3 qızıl, 22 gümüş, 29 bürünc olmaqla ümümilikdə 54 medal qazanıb. Bu il ilk dəfə olaraq ölkəmiz ikinci yerə yüksəlib və həmçinin ilk dəfə olaraq qız şagirdimiz qızıl medal əldə edib.
Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova qızıl, Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili, Şəki şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin 8-ci sinif şagirdi Turan Musayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Fərhad Hüseynov və Tural Müseyibzadə gümüş medal qazanıblar.
kitabı
![Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1693640778_teacher_exam_060922_1_(2)_829.jpg)
![Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1687245153_16869259804265122431_869.jpg)
![Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_-06c284d3166037203920334731510452759_222_745.jpg)
![Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1688988956506282590_1200x630_938.jpg)
![Daha 10 müəllim sertifikasiyadan 60 bal toplayıb - SİYAHI Daha 10 müəllim sertifikasiyadan 60 bal toplayıb - SİYAHI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_guu99ueuouhhiugohuiohgioheuioghiueh9384839tg894389yt083ig0oh3oig3bh3_1719239207_890.jpg)
![Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır](https://azedu.az/uploads/news/2024/06/azedu.az_elsen_(3)_828.png)
![Sertifikasiya: Ən çox bu bölgələr zəif nəticə göstərib Sertifikasiya: Ən çox bu bölgələr zəif nəticə göstərib](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_azedu.az_azedu.az_1661926915_photo_175681_939_(2)_342_(1)_466_(1)_819.jpg)
![Əlil arabasında gələn müəllim sertifikasiyadan 51 bal YIĞDI - FOTO Əlil arabasında gələn müəllim sertifikasiyadan 51 bal YIĞDI - FOTO](https://azedu.az/uploads/news/2024/06/azedu.az_449117026_988150289982710_3525597533171696626_n_336.jpg)