Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-02 08:55:20
Azərbaycan Polisi 106 YAŞINDA

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan polisinin yaradılmasının 106 illiyi münasibətilə videoçarx təqdim edib.

 

AzEdu.az xəbər verir ki, videoçarxla bağlı paylaşımda bu sözlər yer alıb:

 

"Var gücümüzlə xalqımızın təhlükəsizliyinin keşiyində, cinayətkarların qarşısındayıq!"

  

Qeyd edək ki, iyulun 2-si Azərbaycanda Polis Günüdür.

 

Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.