Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-04 08:41:05
Yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb

Beyləqan rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində sərnişin, 2017-ci il təvəllüdlü R.Məlikzadə xəsarət alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

 

Fakt araşdırılır.