![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1720082420_1720082223_bmu_b-ci_436.jpg)
Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasından məzun olan Mais Şabanov 97.8 balla 2024-cü il üzrə ali məktəbin birincisidir.
AzEdu.az xəbər verir ki, Qax rayonunun 2 saylı tam orta məktəbini 2020-ci ildə qızıl medalla bitirən M.Şabanov Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 659.7 bal toplayaraq yüksək göstəriciyə imza atıb.
O, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, həyatımızın ayrılmaz bir parçasına çevrildiyi bir zamanda “Kompüter mühəndisliyi” ixtisasının önəminin artdığını nəzərə alaraq, bu sahə üzrə ən yaxşı təhsil verən universitetləri araşdırıb və tədris üçün yaradılan imkanlarına, elmi-pedaqoji heyətinin peşəkarlığına, müasir və keyfiyyətli təhsil verdiyinə görə BMU-nu seçib.
M.Şabanov ali təhsil aldığı dövrdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi seçilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Heydər Əliyev adına təqaüd”ün 100 nəfər sahibindən biri olub. Universitetin ictimai işlərində hər zaman fəallıq göstərib. Çox çalışmaq, keçirilən bütün fənləri eyni şəkildə öyrənmək, imtahanlara ciddi və məsuliyyətlə hazırlaşmaq ona universitet birincisi olmaq şansı qazandırıb.
Builki magistratura imtahanlarında uğur qazanan BMU məzunu “Süni intellekt” ixtisasını seçib.
BMU-da oxuduğu müddətdə ixtisasının sirlərinə yiyələnməkdə əməyi keçən müəllimlərinə və hər addımında onu dəstəkləyən valideynlərinə minnətdar olan M.Şabanov ali təhsilində bundan sonra da nümunəvi olacağını, qazandığı bilik və bacarıqları Azərbaycanın gələcək inkişafı yolunda sərf edəcəyini bildirib.
kitabı
![MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-02_at_11.56.56_573.jpeg)
![Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm” Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm”](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-03_at_14.31.21_792.jpeg)
![Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1693640778_teacher_exam_060922_1_(2)_829.jpg)
![Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1687245153_16869259804265122431_869.jpg)
![Daha 6 müəllim MİQ-dən yüksək bal TOPLADI Daha 6 müəllim MİQ-dən yüksək bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1689220481_64af68dc5eda864af68dc5eda9168921724464af68dc5eda364af68dc5eda5_283.jpg)
![MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1654501759_miq_324.jpg)
![Onlar MİQ-dən ən yüksək bal TOPLADI Onlar MİQ-dən ən yüksək bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1719323079_1693640778_teacher_exam_060922_1_534.jpg)
![Bu gün müəllimlər 4 fəndən MİQ imtahanları VERİRLƏR Bu gün müəllimlər 4 fəndən MİQ imtahanları VERİRLƏR](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_36.jpg)