Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-04 13:42:29
Müəllimlərin işə qəbulu üzrə test imtahanı davam edir
Bu gün Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının III günü keçirilib.
 
Bu barədə AzEdu.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. 
 
Mərkəzdən bildirilib ki, 4 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə riyaziyyat və kimya fənləri üzrə 7 199 namizəd dəvət olunub.
 
Qeyd edək ki, ümumilikdə 80% davamiyyət qeydə alınıb.