![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1719902669_17199024895289533852_1200x630_347.jpg)
İyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) yaradılmasının 100 illiyi tamam olur.
AzEdu.az xəbər verir ki, 1924-cü il iyulun 2-də beynəlxalq idman mətbuatı nümayəndələrinin Parisdə keçirilmiş konqresində AIPS-in yaradılması barədə qərar qəbul edilib. Qurumun təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
İdman jurnalistikası müasir cəmiyyətin həyatında böyük rol oynayır. İdman ümumi diqqət və maraq predmeti olmaqla yanaşı, gənclərin tərbiyəsində, insanların sağlamlığında, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində vacib amildir. İdman xalqlar arasında qarşılıqlı anlaşmaya, dostluğun və sülhün möhkəmləndirilməsinə kömək edir. Hadisələrin mərkəzində olan, bədən tərbiyəsi və idmanın problemlərindən bəhs edən idman jurnalistləri həmin problemlərin həllinə fəal kömək edirlər.
AIPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar keçirir. Qurum hər il idman sahəsində ən yaxşı KİV nümayəndələrini mükafatlandırır.
Hazırda dünyanın 130 ölkəsi AIPS-də təmsil olunur. Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AIJA) təmsil edir. Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə həsr olunan 77-ci konqresinə yüksək səviyyədə ev sahibliyi edib. Prezident İlham Əliyevin həmin tədbirdə iştirakı Azərbaycanın AIPS-in fəaliyyətinə verdiyi böyük önəmin təzahürüdür.
Azərbaycan sonrakı illərdə də AIPS-in tədbirlərində fəal iştirakı ilə seçilib, qurumun həyata keçirdiyi beynəlxalq layihələrə öz töhfəsini verib. Təsadüfi deyil ki, AIPS-in 100 illik yubileyi də Bakıda təntənəli şəkildə qeyd olunacaq.
kitabı
![MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-02_at_11.56.56_573.jpeg)
![Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1693640778_teacher_exam_060922_1_(2)_829.jpg)
![Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm” Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm”](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-03_at_14.31.21_792.jpeg)
![Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1687245153_16869259804265122431_869.jpg)
![MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1654501759_miq_324.jpg)
![Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1688988956506282590_1200x630_938.jpg)
![Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır](https://azedu.az/uploads/news/2024/06/azedu.az_elsen_(3)_828.png)
![Sertifikasiya: Ən çox bu bölgələr zəif nəticə göstərib Sertifikasiya: Ən çox bu bölgələr zəif nəticə göstərib](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_azedu.az_azedu.az_1661926915_photo_175681_939_(2)_342_(1)_466_(1)_819.jpg)