Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-29 12:30:00
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, imtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

 

Bu gün İnstrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), Vokal sənəti (24-cü komissiya), Dirijorluq (27-ci komissiya), Musiqişünaslıq (30‑cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

 

İmtahanlar iki növbədə təşkil olunur və iyulun 5-d'k davam edəcək.