![](https://azedu.az/uploads/news/2024/06/azedu.az_IMG-20240628-WA0013_192.jpg)
23-28 iyun tarixlərində Çexiyanın Brno şəhərində Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib.
AzEdu.az xəbər verir ki, ölkəmiz sözügedən olimpiadada uğurla təmsil olunub. Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medal qazanıb.
Qeyd edək ki, CEOI ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan regionda ən nüfuzlu proqramlaşdırma yarışmalarından birinə çevrilib. Müsabiqədə Avstriya, Xorvatiya, Çexiya, Almaniya, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və İsveçrədən olan komandalar iştirak edir.
Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI) Mərkəzi Avropa ölkələrindən olan orta məktəb şagirdləri üçün illik proqramlaşdırma müsabiqəsidir. Müsabiqə iştirakçıların alqoritmik məsələlərin həlli, proqramlaşdırma bacarıqlarını yoxlayır.
2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.
Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal qazanıblar.
kitabı
![Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM](https://azedu.az/uploads/news/2024/06/azedu.az_448643250_869387981900556_5469259988639284040_n_163.jpg)
![Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1693640778_teacher_exam_060922_1_(2)_829.jpg)
![Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1687245153_16869259804265122431_869.jpg)
![Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_-06c284d3166037203920334731510452759_222_745.jpg)
![Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Ekran_goeruntusu_2024-06-21_164328_923.png)
![21 faiz müəllim 51-60 bal toplayıb 21 faiz müəllim 51-60 bal toplayıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_IMG-20240622-WA0031_616.jpg)
![Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1688988956506282590_1200x630_938.jpg)
![58 bal toplayan müəllim: Suallar rahat səviyyədə idi 58 bal toplayan müəllim: Suallar rahat səviyyədə idi](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_20240622-111938_Video_Player_352.jpg)