Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-29 10:26:00
"Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Azərbaycan üzgüçüləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanıb.

 

 

AzEdu.az xəbər verir ki, Süleyman İsmayılzadə 200 metr məsafədə sərbəst üsulla gümüş, Oqtay Hüseynov 400 metr məsafədə qarışıq üsulla bürünc medal qazanıb.

 

 

Qeyd edək ki, iyunun 30-da hər iki üzgüçümüz 400 metr məsafədə sərbəst üsulla çıxış edəcək.