Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-31 10:09:51
Xaricdə təhsil alan 240 nəfərin peşəsi tanınmayıb - SİYAHI

Xarici universitetlərdə müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə təhsil almış 240 nəfər peşə tanınması üzrə imtahandan keçə bilməyib.

 

Bu barədə AzEdu.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

 

“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

 

Bildiririk ki, 4 may 2024-cü il tarixində saat 10:00-da DİM tərəfindən kompüter vasitəsilə keçirilmiş imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçmiş, bunlardan 426 nəfəri imtahanda iştirak etmişdir. 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil etmişdir.