Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 12:21:00
Bu universitetin kitabxana fondunda 500 mindən çox nüsxə var

“Universitetinin kitabxanası zəngin kitabxana kimi öz şöhrətini saxlayır.1950-ci ildə yaradılan vaxt kitabxanada 3 şöbə var. Sonralar fondu artıb 5000 nüsxəyə çatıb, şöbələrin sayı 6, bölmələr 4, oxu zalları 4 olub.1960-cı ildə kitabxananın fondu 142000 nüsxəyə çatdırılıb”.

Bunu AzEdu.az-a açıqlamasında Azərbaycan Texniki Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev deyib. O bildirib ki, təkcə 1951-1952-ci illərdə kitabxana üçün 234 adda qəzet və jurnal alınırdı:

“Kitabxana sovet dövründə 50-dən çox ali məktəb kitabxanaları ilə, elmi müəssisələrlə əlaqə yaradır, kitab mübadiləsi edirdi. 1975-ci illərdə isə kitabxanada çox böyük inkişaf olub. Kitabxananın fondu 400 mini keçib, oxucuların sayı 14 minə çatıb.

1979-cu ildə kitabxana fondunun artmasını, çoxsaylı oxuculara keyfiyyətli xidmətə görə, həm də şöbə və bölmələrinin genişlənməsini nəzərə alaraq ona ikinci kateqoriya verilib.1980-ci ildə kitabxananın kitab fondu 550 min nüsxəyə çatıb. Fond ən çox texniki, elmi, sorğu-məlumat, ictimai-siyasi ədəbiyyatla zənginləşib. Burda rus, ingilis, alman, fransız və başqa dillərdə dərsliklər, lüğətlər, məlumat kitabları və ensiklopediyalar var.

Hazırda Azərbaycan Texniki Universitetinin Əsaslı kitabxanası ölkəmizdə ali məktəb kitabxanaları arasında böyük və zəngin kitabxanalardan biridir. Hazırki vəziyyətdə kitabxananın 525547 nüsxə fondu var. Bu fond rus, azərbaycan, ingilis, fransız, alman, türk və başqa dillərdə olan ədəbiyyatla zəngindir”.

N.Abdullayev qeyd edib ki, kitabxananın 54.486 min nüsxə dövrü mətbuat fondu var:

“Kitabxananın başqa institut və universitetlərin kitabxanaları ilə hərtərəfli əlaqəsi var. Kitabxanada kitabxanalararası aboniment fəaliyyət göstərir. Bu bölmə professor və müəllim heyətinə, yuxarı kurs tələbələrinə, elmi işçilərə kitabla köməklik edir.

2004-cü ildən başlayaraq əsaslı kitabxana “Kitab.az-Elektron Kitabxana Şəbəkəsinin” proqramı əsasında kitabxanada elektron kataloq yaradılıb. “Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2008-ci il tarixli Sərəncamına əsasənAzTU-nun kitabxanasında elektron kataloq yaradılmağa başlayıb. AzTU-nun Əsaslı kitabxanası 2004-cü ildən “Kitab.az-Elektron Kitabxana Şəbəkəsi” proqramı əsasında kitabxananın azərbaycan fondunun elektron kataloqu yaradılıb.

2010-cu ildə AzTU-nun Əsaslı kitabxanası kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması məqsədilə RF-nın Ebnit Assosiasiyasının İRBİS 64 ( AKİS) proqramı Əsaslı kitabxanada tətbiq olunur”.