Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-10 17:29:41
AzMİU kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorluğu, professor müəllim heyəti, ictimai təşkilatlarının nümayəndələri və tələbələr Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar Fəxri Xiyabanını ziyarət ediblər.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, Ulu Öndərin xatirəsini dərin ehtiramla anaraq, məzarı önünə gül dəstələri düzüblər.


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, büstü önünə gül dəstələri düzülüb.