Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-10 14:44:00
"Sertifikasiya bütün cəhətlərdən müəllimlərin xeyrinədir"

“İndiyə qədər keçirilən sertifikasiyanın nəticələrindən görünür ki, müəllimlərin böyük əksəriyyəti sertifikasiya prosesindən uğurla keçiblər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

 Açıklama yok.

Elşən Qafarov bildirib ki, sertifikatlaşdırmanın mahiyyəti müəllimlərin hazırki peşəkarlıq səviyyəsinin yoxlanılmasıdır:

 

“Dünyanın bütün ölkələrinin təhsil sistemlərində və bütün peşələr üzrə peşəkarlığın yoxlanılması vaxtaşırı olaraq əsas şərtlərdən biridir. 2022-ci ildə ibtidai sinif, 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat, bu il isə xarici dil və riyaziyyat müəllimlərinin sertifikasiyası keçiriləcək. İndiyə qədər keçirilən sertifikasiyanın nəticələrindən görünür ki, müəllimlərin böyük əksəriyyəti sertifikasiya prosesindən uğurla keçiblər. Hətta 1-ci mərhələdən uğur qazana bilməyənlər üçün də Elm və Təhsil Nazilriyi təlimlər təşkil edib. Bundan sonra onlar ikinci şansını istifadə ediblər. Burada əsas hədəf müəllim peşəkarlığını yoxlamaqdır”.

 

Təhsil ekspertinin sözlərinə görə sertifikasiya həm iqtisadi, həm sosial, həm də mənəvi cəhətdən müəllimlərin xeyrinədir:

 

“Sertifikasiyadan yaxşı nəticə göstərmiş şəxslərin gələcək karyerasına  da müsbət təsir edir. Sertifikasiyada hər tərəfdən müəllim qazanır. Elm və Təhsil Nazirliyinin vəzifəsi dövlətin təhsil siyasətini həyata keçirməkdir”.