Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 16:51:00
“Hədəfim Qarabağ Universitetində təhsil almaqdır”- Şuşalı şagird

Tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq. Artıq Şuşaya ilk qayıdacaq 20 ailə püşkatma yolu ilə müəyyən edilib.

 

Bu münasibətlə AzEdu.az Təhsil Portalı olaraq Şuşalı müəllimlərlə yanaşı, Şuşalı şagirdlərlə də əlaqə saxladıq.

 

234 nömrəli məktəbin 9-cu sinif şagirdi Mürsəlzadə Hüseyn valideynlərindən hər zaman Şuşa ilə bağlı xoş təəssüratlar eşitdiyini qeyd edib:

 

“Özümdə vətənpərvər biri olduğuma görə Şuşaya qayıtmağı böyük səbirsizliklə gözləyirəm. Gələcəkdəki bütün planlarımı Şuşada gerçəkləşdirmək istəyirəm. Qarabağ Universitetində təhsil almaq hədəflərimdən biridir. Şuşaya tez bir zamanda gedib gəzməli, görməli yerləri ziyarət etmək istəyirəm. Həmçinin hazırda dil öyrənirəm və düşünürəm ki, Şuşada xarici vətəndaşlarla ünsiyyət qurmağımda böyük dəstək olacaq”.

 

Digər müsahimiz 234 nömrəli məktəbin 7-ci sinif şagirdi Mürsəlzadə Emin Şuşa köçəcəyi günü səbirsizliklə gözlədiyini vurğulayıb:

 

“Mənim 12 yaşım var və illərdir ki, valideynlərim kimi məndə doğma torpağımıızın həsrəti ilə yaşayıram. Şuşaya qayıdacağımıza görə sevincimin həddi-hüdudu yoxdur. Atam hazırda Şuşa şəhərində polis əməkdaşı kimi işləyir. Bizdə ayın axırı köçəcəyimiz günü səbirsizliklə gözləyirik. Təhsilimi orada davam etdirib, gələcəkdə Şuşada işləyib fəaliyyətimi davam etdirmək istəyirəm”.