Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-09 10:33:00
“Örnək müəllim"in layihəsi beynəlxalq sertifikata LAYİQ GÖRÜLÜB

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə “Örnək müəllimlər" layihəsini həyata keçirib.

 

Şəki-Zaqatala regionundan seçilən “Örnək müəllimlər”dən biri 11 nömrəli tam orta məktəbin Kimya müəllimi Xatirə Şabəddinovadır.

 

Xatirə Şabəddinova 1-5 may tarixində qardaş Türkiyə Respublikası -Antalya Kəmərdə gerçəkləşən təhsil işçilərinin ən böyük konfransı olan EYFOR- XV Konqresində layihə ilə çıxış edib.

 

O, doğma Azərbaycanı layihələri ilə layiqincə təmsil etməkdən qürur duyduğunu dilə gətirib:

 

“Doğma vətənimi layihələrimlə təmsil etmək bir müəllim olaraq bizi daha məsuliyyətli olmağa sövq edir. Türkiyədə müəllimlərin təhsil konfransından yeni gəlmişəm. Oraya öz layihəmlə getmişdim. Ortaq çalışdığımız türk müəllimi və Şəkidən bir başqa müəllimlə layihənin təqdimatını həyata keçirdik. Bundan başqa əlavə bir layihəm də var idi və həmin layihə Prezidentimiz  İlham Əliyevin elan etdiyi "Yaşil Dünya Naminə " ili çərçivəsində təqdim etdiyim layihə idi.

 

Təqdimatdan sonra beynəlxalq sertifakatla vətənə döndük. Bu da öz növbəsində bir müəllim kimi məni qürurlandırır.

 

"eTwinning" platformasında türk müəllim, layihə qurucusu Serpil Akkol ilə ortaq çalışdığımız layihədə Şəki 14 saylı orta məktəbin müəllimi Ümmü Süleymanova ilə təqdimatımız bərabər oldu. Məktəbimizin 9-cu sinif şagirdləri bu layihədə aktiv çalışmaları ilə özlərini doğruldublar.

 

Digər təqdim etdiyim layihə isə Bakı 286 nömrəli məktəbin kimya müellimi B.Məhluqə müəllim ilə ortaq təqdim etdiyim layihə idi. Bu layihəni isə professor İ.Səyyarə xanimin rəhbərlik etdiyi Botanika institutunda şagirdlərimlə bərabər etdiyimiz təcrübələr əsasında ərsəyə gətirmişik. Hansi ki, şagirdlərimizlə apardığımız təcrübələri Botanika instititunun elmi işçisi Azərbaycan Tibb Universitetinin baş müəllimi Elvin müəllimin rəhbərliyi ilə həyata keçirərək, tullantı bitkilərdən bakteriyalara qarşı antibiotik almışıq.

 

Onu da qeyd edim ki, konfransa Şəkidən 3 müəllim qatılmışdı. Mən, Şəki 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Ümmü Süleymanova və Şəki Orta Zəyzid kəndi 2 nömrəli tam orta məktəbin fizika müəllimi Elnarə Əhmədova da öz layihəsi ilə qatılıb."EYFOR XV" Konfransında bizimlə bərabər iştirak edən Azərbaycanın Türkiyədəki Təhsil Müşaviri Nəcibə Nəsibovanın Azərbaycandan Konfransa qatılan müəllimlərə göstərdiyi diqqət və qayğı xüsusilə yadda qaldı.

 

Qazağıstan, Özbəkistan, Qırğızıstandan da təhsil işçiləri öz layihələri ilə qatılmışdılar. Bu Konfransın özəlliyi, müxtəlif ölkələrdən olan təhsil işçilərini bir araya gətirməklə, təcrübə mübadiləsi və  əməkdaşlıq etməklə təhsilin inkişafinda mühüm rol oynamasıdır.

 

Bizə Təhsil Konfransında iştirak etmək üçün şərait yaradan Şəki- Zaqatala Regional Təhsil İdarəsinə öz minnətdarlığımızı bildiririk".