Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-09 10:07:50
AzTU-da beynəlxalq startap müsabiqəsi keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinin ilkin mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, AzTU və Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetinin (METU) birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycanın ümumilikdə 10 ali təhsil müəssisəsindən 22 komanda iştirak edib. Məqsəd universitetlərin müəllim və tələbələrinin innovativ ideyalarla qlobal problemlərin həllinə töhfə verilməsinə cəlb olunmasıdır.

 

Tədbirin rəsmi hissəsində AzTU-nun rektoru Vilayət Vəliyev və METU-nun tədqiqat, innovasiya və kommersiyalaşdırma üzrə prorektoru Rizvan Riaz çıxış edərək qaliblərə uğurlar arzulayıblar. Qeyd olunub ki, müsabiqənin ilkin mərhələsinin qalibləri Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

 

Daha sonra qaliblərin mükafanlandırılması olub.

 

Qeyd edək ki, qaliblər sənaye və təhsil sahəsinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Tədbir AzTU tələbələrinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib.