Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-09 09:43:41
10 yaşlı qız 3-cü dəfə ürək əməliyyatı olunub

Azərbaycanda 10 yaşlı qız 3-cü dəfə ürək əməliyyatına məruz qalıb.



Həkimlər 2014-cü ildə Qubanın Möhüc kəndində təkkameralı ürəklə doğulan Züleyxanın valideynlərinə körpənin yaşamasının imkansız olduğuni bildirmişdilər.


Amma uşağın valideynləri bununla razılaşmayaraq müvafiq qurumlara müraciət edib kömək istəmişdilər.


Züleyxa 3 aylığında Heydər Əliyev Fondunun köməyilə ilk əməliyyata məruz qalmışdı. Əməliyyat tanınmış ürək cərrahı, deputat Rəşad Mahmudovun rəhbərliyilə keçirilmişdi. Bu günlərdə o, 3-cü dəfə əməliyyat olunub.


AzEdu.az xəbər verir ki, kardioloq Rəşad Mahmudov Züleyxanın hazırkı vəziyyəti barədə danışıb:



“Onun kiçik və yarımçıq ürəyi üçün hamımız səfərbər olmuşduq. Heydər Əliyev Fondunun köməyi ilə hələ 3 aylığında (2014) birinci mərhələ ürək əməliyyatını icra etmişdik. 6 il əvvəl ikinci mərhələ, 10 gün əvvəl isə üçüncü və sonuncu mərhələ əməliyyatını həyata keçirdik. Hər şey qaydasındadır”.