Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 11:08:00
Tanınmış təhsil mütəxəssisi məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, görüş mayın 10-da paytaxtdakı 20 nömrəli məktəb-liseydə baş tutacaq.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Əməkdar elm xadimi, professor Şahlar Əsgərov olacaq.   

 

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.