Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-07 11:30:18
İcra başçısının müavini təyin edilən direktorun vəzifəsi ona həvalə olundu - FOTO

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub. Xətai rayonu 27 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova başçının humanitar məsələlər üzrə müavini vəzifəsinə gətirilib.

 

AzEdu.az-ın məlumatına görə, sözügedən məktəbə yeni direktor əvəzi təyin edilib.

 

Belə ki, 27 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq Xatirə Əhmədova icra edir.

 

İbtidai təhsilin pedaqogika ve metodikasi ixtisasını bitirən Xatirə Əhmədova Elm və Təhsil Nazirliyinin müxtəlif layihələrində, eləcə də beynəlxalq layihələrdə iştirak edib.

 

1345239

Fotoda: Xatirə Əhmədova