Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-04 15:05:53
ArchiVision WeekEND Camp"da tələbələrin vörkşopu təşkil olunub

 

Azərbaycan memarlığının incilərindən sayılan Şəkidə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “ArchiVisionWeekEND Camp” təşkil olunub.  

 

 

AzMİU-dan AzEdu.az-a bildirilib ki, 3-5 may tarixlərində keçiriləcək “camp”daAzMİU-nun Dizayn fakültələrində təhsil alan 90 tələbəsi Şəki şəhəri, şəhərin tarixi-memarlıqabidələri ilə tanış olacaq, müxtəlif əyləncəproqramlarında iştirak edəcək, panel müzakirəvə vörkşoplara (Dizayn sərgisi) qatılacaqlar.

 

Şəki Olimpiya İdman Kompleksində baş tutan“camp”ın ikinci günündə panel müzakirələr və vörkşop təşkil olunub.

 

Panel müzakirələrinin spikerləri AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova vəgənclər və idman nazirinin müavini İndira Hacıyeva olub.

 

Gülçöhrə Məmmədova Azərbaycan memarlığı, dizayn mühitinin formalaşdırılması, tarixi abidələrin mühafizəsi və digər əlaqəlimövzularla bağlı danışıb. İndira Hacıyeva çıxışında ölkəmizdə aparılangənclər siyasəti, bu siyasətin gənclərin fərdi vəkomanda şəkilində inkişafına müsbət təsirindən danışıb.

 

Daha sonra Gülçöhrə Məmmədova və İndira Hacıyeva tələbələrin suallarını cavablandırıblar.

 

Çıxışlardan və sualların cavablandırılmasından sonra AzMİU tələbələrinin hazırladığı dizaynlayihələrinin maketlərinə baxış keçirilib. Tələbələr rektora və nazir müavininə layihələr haqqında məlumat veriblər.

 

Qeyd edək ki, “camp”ın ilk günündə iştirakçılarümummilli lider Heydər Əliyevin şəhərinmərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonraproqrama uyğun olaraq iştirakçılar üçün master-klaslar və vörkşoplar təşkil olunub. Dizaynfakültəsinin dekanı Fərid Kərimovun apardığımaster-klaslar “Bildiyimiz və Bilmədiyimizmemarlıq”, “İctimai məkanda inklüzivliktədbirlərinin keçirilməsi ilə müyəssər mühitmodelinin yaradılması” mövzularına, Əsmər Məmmədovanın təqdimatında  vörkşoplar“Müxtəlif həndəsi fiqurlardan hazırlanmışAbstrakt installyasiya”, “Şəhər mühitinin təşkilində iştirak edəcək binaların fasad görünüşlərinin maketi” mövzularına həsr olunub.

 

Campda, həmçinin iştirakçılar ara fasilələrzamanı AzMİU Tələbə Gənclər Təşkilatının üzvləri ilə birgə tanışlıq və şəbəkələşmə oyunları oynayıb, idman növləri üzrə (futbol, tenis, voleybol, üzgüçülük, stolüstü tenis) aktiv fəaliyyətlə cəlb ediliblər.