Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-19 15:32:02
Nazir müavini: İstənilən ölkənin gələcəyi onun gənclərindən asılıdır

Dövlət proqramı əsasında keçən il xaricdə magistatura təhsili alanların 40%-i BANM-ın payına düşür.

 

AzEdu.az xəbər verir ki, bu sözləri “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimindəki çıxışında elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

 

O, qeyd edib ki, artıq Qarabağda tədris müəssisələri fəaliyyət göstərir. Artıq sentyabr ayında Qarabağ Universitetidə fəaliyyətə başlayacaq:

 

"Bütün dövrlərdə həm Ulu Öndər, həm də ölkə Prezidenti təhsilə önəm verib. Çünki istənilən ölkənin gələcəyi onun gənclərindən asılıdır. Bu gün “gənc”dirsə, sabah o, “xalq”dır.

 

Təsadüfi deyil ki, BANM-ın binası da müasir tələblərə cavab verir. Təhsilalanlar üçün lazımi şərait yaradılıb. Keçən il ölkə üzrə xaricdə oxumaq üçün magistraturaya daxil olanların 40%-i BANM-ın payına düşüb. Biz bundan sonra hələ bilmirik hansı çağırışlar bizi gözləyir. Artıq dünyada 10.000 nəfər işləyən şəxsə 70-dən çox robot düşür. Yaponiyada isə 10.000 nəfərə 300 robot düşür. Cənubi Koreyada isə bu rəqəm 600-dür".