Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-19 08:44:15
Bakıda avtomobil 7 yaşlı uşağı vurub

Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, Buzovna qəsəbəsində yolu keçən 2017-ci il təvəllüdlü Əliyeva Arzu Mehrab qızını avtomobil vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.