Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-18 16:18:00
Məktəb psixoloqu terapiya aparan şəxs deyil - NAZİR

Məktəb psixoloqları ilə bağlı yanlış təsəvvür mövcuddur. Düşünürlər ki, 1 nəfər 800 şagirdə xidmət etməlidir.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada deyib. O bildirib ki, şagirdlərin psixoloji inkişafına, tədris fəaliyyətinin şagirdlərin psixologiyasına təsirini məktəb psixoloqu müəllimlərlə birgə öyrənməli və dəstək olmalıdır.

 

“Məktəb psixoloqu terapiya aparan şəxs deyil”, - deyə nazir fikrinə əlavə edib.