Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-18 09:38:00
İşini görə bilməyən direktorların fəaliyyətinə son qoyulacaq

Bir müddət bundan əvvəl kolleclər universitetlərə verildi ki, onların fəaliyyətindəki nöqsanlar aradan qalxsın və kolleclərdəki təhsilin keyfiyyəti artsın. Amma təəssüf ki, bu da effekt vermədi.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

 

Ceyhun Məmmədov bildirib ki, bu gün kolleclərdə hələ də neqativ hallar var:

 

“Kolleclərdə yoxlamaların aparılması, işinin öhdəsindən gələ bilməyən direktorların cəzalandırılması doğru qərardır. Çünki bu gün kolleclər həm də subbakalavrlar üçün təhsil müəssisəsidir. Bir sıra hallarda şişirdilmiş qiymətlərlə biz tələbələrin universitetə daxil olduğunu görürük. O mənada düşünürəm ki, ciddi tədbirlər görülməlidir və bu tədbirlər sistemli, obyektiv və davamlı olarsa, təhsilin keyfiyyətinə müsbət təsirləri olacaq”.

 

Deputat qeyd edib ki, həm məktəb, həm də kollec direktorları ciddi formada seçilməlidir:

 

“Yeni təyin olunacaq kollec direktorların qarşısında mühüm vəzifələr durur. Bu vəzifələr təhsilin keyfiyyətini daha da qaldırmaqdan ibarətdir. Neqativ hallara yol verilməməlidir. Bu istiqamətdə onlar səylə çalışmalıdır, əgər çalışmasalar, eyni aqibəti onlar da yaşayacaq”.