Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-16 09:14:00
Rəssamlıq Akademiyasının şəhid məzunu... - TANIYAQ

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elm şöbəsinin müdiri Nigar Axundova bildirib ki, akademiyanın 1 nəfər şəhidi var.

 

“Heykəltaraş Samir Kaçayev Aprel döyüşlərində şəhid olub”

 

Xatırladaq ki, Samir Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində dünyaya gəlib. 2011-ci ildə orta təhsilini bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr, 2015-ci ildə magistr pilləsinə daxil olub. Lakin Vətənə olan borcu təhsilindən daha üstün sayan Samir hərbi xidmətini Tərtərdə yerləşən hərbi hissədə çəkməyə başlayıb. 2016-cı ilin aprel ayında torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Nigar Axundova qeyd edib ki, 5 Mart 2024-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Yaradıcılıq Mərkəzində “Daşa can verib, “Küləklə sovrulan”” sərgisinin açılış mərasimi keçirilib:

 Açıklama yok.

“Şamaxı Yaradıcılıq Mərkəzində baş tutan sərgi Aprel döyüşlərinin şəhidi, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmiş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” ixtisasının məzunu Samir Kaçayevin xatirəsinə həsr edilib. İlk növbədə sərgi iştirakçıları şəhidin Çuxuryurd kəndində yerləşən qəbirüstü abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Daha sonra şəhidin  Şamaxının mərkəzində, turizim yolunun üzərində salamlayan “Küləklə sovrulanlar” əsərini ziyarət ediblər. İştirakçılar Şamaxı Yaradıcılıq Mərkəzində Samir Kaçayevə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə şəhid heykəltəraşın ADRA-nın fondunda saxlanılan heykəltəraşlıq nümunəsi və Şamaxı Yaradıcılıq Mərkəzinin təşkil etdiyi əsərlər yer alıb”.

 

Həmçinin qeyd etmək istəyərdik ki, ADRA-nın II Vətən müharibəsi iştirakçısı olan müəllim və tələbələri də sərgini ziyarət edənlər sırasında olubdurlar.

 

Qeyd edək ki, 3 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində Zəfər gününə həsr olunmuş “Zəfərimiz qürurumuzdur!” adlı elmi konfrans və sərgi keçirilib.Sərgidə ADRA-nın məzunu  şəhid Samir Kaçayevin əsərləri də yer alıb.