Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-15 15:20:56
Təhsil ekspertləri üçün müsabiqənin qalibləri ELAN EDİLDİ

Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində həyata keçirilən layihənin qalibləri bəlli olub.

 

AzEdu.az xəbər verir ki, müsabiqənin qalibi olan 2 nəfər təhsil üzrə mütəxəssis “Təhsil ekspertləri necə işləməlidir?” mövzusunda ən yaxşı materialı təqdim ediblər. 

 

Müsabiqənin əsas məqsədi təhsil ekspertlərinin mediada, sosial şəbəkələrdə, dövlət orqanlarında və parlamentlə necə işləmələri barədə vacib məqamları ictimailəşdirməkdir.

 

Belə ki, ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev və təhsil üzrə mütəxəssis Rizvan Fikrətoğlu mürəciətlər arasında ən yaxşı təqdimatı göstərərək qalib seçiliblər.

 

Materiallarla tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

 https://modern.az/tehsil/464580/tehsil-eksperti-kimdir/

https://modern.az/tehsil/464752/tehsil-ekspertleri-nece-ishlemelidirler-illuziya-ve-realliqlar/

 

Qeyd edək ki, müsabiqə qaliblərinə təltifnamə və pul mükafatı təqdim olunacaq.