Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-26 17:27:00
Təhsil jurnalistləri və ekspertləri TƏLTİF OLUNDULAR

Aprelin 26-da “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təhsil jurnalistləri və ekspertləri üçün keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

 

AzEdu.az xəbər verir ki, müsabiqə Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

 

Təhsil mütəxəssisləri və jurnalistlər üçün nəzərdə tutulmuş meyarlara cavab verən materialların müəllifləri - Esmira İsmayılova, Nuranə Əliyeva, Ramin Nurəliyev və Rizvan Fikrətoğlu qalib elan edilib.

 

Mükafatlandırma mərasimində təhsilin müxtəlif pilləri üzrə inkişaf və problemlərdən danışılıb. İştirakçılar bildiriblər ki, əvvəlki illərdən fəqli olaraq hazırda təhsil sahəsində köklü dəyişikliklər baş verir, ciddi irəliləyişlər nəzərə çarpır.

 

Sonda AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı tərəfindən qaliblərə təltifnamə və pul mükafatı təqdim edilib.

 

Xatırladaq ki, müsabiqənin məqsədi təhsil ekspertlərinin mediada, sosial şəbəkələrdə, dövlət orqanlarında və parlamentlə necə işlədiklərinə dair vacib məqamları ictimailəşdirmək, eyni zamanda təhsildən yazan jurnalistlərin fəaliyyətini qiymətləndirmək olub.