Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-06 16:11:59
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibələr keçirilib
 
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
 
 
 
Bu barədə AzEdu.az-a qurumdan məlumat verilib. 
 
 
Müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır.
 
 
Qeyd edək ki, müsahibəni keçməyən və ya qeydiyyatdan keçib, lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. Namizədlərin test imtahanı nəticələri 1 (bir) il müddətinə qüvvədədir.