Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-09 10:15:54
Rezidenturaya sənəd qəbulu davam edir

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, namizəd rezidenturaya qəbulun birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra  ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) hesabına əlavə edir.

 

Daha sonra Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) daxil olub “Namizədin elektron ərizəsi”ni təsdiq etmək lazımdır.

 

9 aprel saat 09:45-ə olan məlumata əsasən, 1370 namizəd (Azərbaycan bölməsi - 1069; rus bölməsi - 301) elektron ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək istəyən namizədlər 11 aprel saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər.