Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-07 14:37:10
Qəbələ və Oğuzda buraxılış imtahanları 9 mərkəzdə aparılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 7-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qəbələ və Oğuz rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

 

 

AzEdu.az xəbər verir ki, imtahanların keçirilməsi üçün Qəbələdə 6, Oğuzda isə 3 mərkəz olmaqla, ümumilikdə 9 bina ayrılıb. Buraxılış imtahanları Qəbələ şəhərindəki 1, 3, 4, 5 nömrəli, Zarağan kənd 1 və 2 nömrəli, həmçinin Oğuz şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərdə təşkil olunub.

 

 

İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

 

 

DİM-in regional bölməsindən verilən məlumata görə, Qəbələdə keçirilən və ümumilikdə 1518 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 20 imtahan rəhbəri və 143 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 119 zal ayrılıb.

 

 

Oğuz rayonunda keçirilən və 550 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına isə 9 imtahan rəhbəri və 54 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 45 zal ayrılıb.

 

 

DİM Şəki regional bölməsindən verilən məlumata görə, bütün imtahan mərkəzlərində imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.