Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-07 13:40:42
Cəlilabadda avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Ağayev Anar Namiq oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.