Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-02 08:52:00
“Tarixdə bu gün” - 2 may necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

2 may tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

Mayın 2-i Ümumdünya Astma ilə Mübarizə Günüdür:

 

Bu günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Ümumdünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupunun formalaşdırılması ilə əlaqədardır. 

 

2 May- Ümumdünya Ton Balığı Günüdür:

 

Bu qərar 2016-cı ilin dekabrında BMT Baş Assambleyasının qərarı ilə planetimizin əhalisinə bu növ balıqların dəyərini, qarşılaşdığı təhlükələri, iqtisadi və sosial faydaları barədə məlumatlandırılmaları məqsədilə qəbul edilmişdir.

 

2 may 1885-ci ildə Türkiyədə ilk rəsmi lisey açılıb:

 

Kastamonu Əbdürrəhman Paşa liseyi Türkiyədə açılan ilk rəsmi lisey sayılır.

 

2 may 1926-cı ildə Atlantik okeanının iki yaxası arasında ilk faks mesajı göndərilib.