Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-07 11:51:00
Uşaqlarda epilepsiyaya tez-tez rast gəlinir

 

Epilepsiya yaşlı insanlarda olduğu kimi uşaqlarda da rast gəlinir. Mütəxəssislər bildirirlər ki, erkən diaqnoz və effektiv müalicə uşağın həyat fəaliyyətini yaxşılaşdırır.


AzEdu.az “TRT Haber”ə istinadla xəbər verir ki, Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Uşaq Nevrologiyası Klinikasının mütəxəssisi, doktor İsmail Hakkı Akbeyaz mövzu ilə bağlı açıqlama verib.

 

İ.H.Akbeyaz bildirib ki, epilepsiya dünyada geniş yayılmış nevroloji xəstəlikdir. Bütün yaş qruplarında aktiv epilepsiya nisbəti hər min nəfərdə 4-10 arasındadır. Dünya əhalisinin təxminən yüzdə birini əhatə edir. Uşaqlardakı epilepsiyada müxtəlif növ tutulmalar ola bilər. Aşkarlanan nəticələr uşağın yaşından, inkişaf səviyyəsindən və epilepsiyaya səbəb olan amillərdən asılı olaraq dəyişə bilər. Bəzən uşaqlarda tutulmalar böyüdükcə azalmağa doğru gedir. Epilepsiya baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. Xəstəliyə səbəb olan bir çox amillər mövcuddur. Uşaqlıqda rast gəlinən epilepsiya müalicə oluna və ya əksər hallarda tutulmalar nəzarətə götürülə bilər. Müalicə, ümumiyyətlə, uşağın qıcolma tezliyindən və şiddətindən, epilepsiyanın əsas səbəblərindən asılı olaraq təyin edilir.

 

“Fərdi müalicələr ümid verir. Erkən diaqnoz burada çox vacibdir. Erkən diaqnoz və effektiv müalicə uşağın həyat keyfiyyətini yaxşılaşdırır və qıcolmalara nəzarət etməyə yardımçı olur. Biz istəyirik ki, ailələr, xüsusən də rezistent epilepsiya xəstəsi olanlar, uşaqlarında tez-tez və intensiv şəkildə müşahidə edilən qıcolmalara baxmayaraq, xəstəliyin müalicəsi, qıcolmalara nəzarət etmək və ya xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün bir çox fərqli üsulların olduğunu bilsinlər. Diaqnoz, müalicə və xəstəliyə yanaşmalar sahəsindəki bugünkü inkişaflar təqdirəlayiqdir. Biz ailələrin xəstəliyin gedişatında heç vaxt ümidini itirməməsini istəyirik”, - deyə İsmail Hakkı Akbeyaz əlavə edib.