Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 15:18:00
Gənclər niyə elmdən uzaqlaşır? – “Alimlərə dəyər verən yoxdur”  

Müşahidələr onu göstərir ki, son illər gənclərin elmə marağı hiss olunacaq dərəcədə azalıb. Bu isə dövlətin inkişaf perspektivləri baxımından qəbuledilməz haldır və ciddi narahatlıq doğurur.

 

AzEdu.az-a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərov məsələyə münasibət bildirərkən qeyd edib ki, yeni nəslin elmə marağının artması üçün ilk növbədə alimin cəmiyyətdə nüfuzu qaldırılmalıdır:

 

 Şahlar Əsgərov: “Onları “91-lər”in ahı tutdu!”

“Tələbələr onlara dərs deyən alimlərin geyiminə, davranışına, istifadə etdiyi avtomobilə baxaraq özlərində müəyyən fikir formalaşdırırlar. Bu amillər gənclərdə elmin arxasınca getməyin onlara heç bir uğur qazandırmayacağı ilə bağlı düşüncə yaradır. Bu səbəbdən, onlar elm deyil də, ticarət, biznes sahəsi ilə məşğul olmağın tərafdarı olurlar.  Hesab edirəm ki, alimin dəyəri və nüfuzu cəmiyyətdə mütləq şəkildə artırılmalıdır”.

 

Ekspert qeyd edib ki, alimlərin təqdimatına yeni mədəni baxış lazımdır:

 

“Bir neçə dəfə böyük iclaslarda çıxış edərkən zala müraciət etdim. İştirakçılardan soruşdum ki, sizin aldığınız əməkhaqqı alim əməyinin neçə faizini təşkil edir? Hər toplumda 100 nəfər olmaqla 3-5 yerdə bu sualı vermişəm. Lakin heç vaxt bu sualıma düzgün cavab ala bilmədim. Belə çıxdı ki, alimlərin əməyi görməzdən gəlinir. Mən qeyd etdim ki, sizin aldığınız əməkhaqqının 80% i alimin əməyidir. Çünki bizim alimlər 1950-ci illərdə dənizdə neft tapıb, çıxara bilməsə və həmin nefti 1994-cü ildə borular vasitəsi ilə xaricə göndərə bilməsəydi, alimlərin aylıq əməkhaqqısını təmin etmək mümkün olmayacaqdı. Bu nəticəyə gəldim ki, alimin cəmiyyətdə rolunu düzgün şəkildə təqdim edə bilmirlər. Bu heç Kütləvi İnformasiya Vasitələrində də düzgün əks olunmur.  Mən düşünürəm ki, aldığım əməkhaqqının 80 %-i alim əməyidir. Alimin təqdimatına yeni mədəni baxış lazımdır”.