Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 09:07:08
Texnika elmləri üzrə dissertasiya mövzuları müzakirə edilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının növbəti iclası keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, iclasda çıxış edən Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Afiq Həsənov tədbirin respublikanın müxtəlif ali məktəbləri, elmi-tədqiqat müəssisələri, eyni zamanda, AMEA-nın institut və təşkilatlarından daxil olmuş elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunduğunu bildirib.

 

Sonra Afiq Həsənov 9 elmlər və 33 fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularını təqdim edib. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar problem şurası üzvlərinin suallarını cavablandırıblar.

 

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

 

Onlayn tədbirdə problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.