Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 08:33:12
11 yaşlı oğlanı maşın vurdu 

Cəlilabad rayonunda minik avtomobili piyadanı vurub.

 

AzEdu.az xəbər verir ki, hadisə rayonun Novruzallı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik maşını 2013-cü il təvəllüdlü A.Ağayevi vurub. Ağır xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qapalı kəllə-beyin travması diaqnozu qoyub. Hazırda onun müalicəsi reansimasiya şöbəsində davam etdirilir, vəziyyətinin isə orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.