Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 09:34:19
“Tarixdə bu gün” - 4 aprel necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

4 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

4 aprel Azərbaycan üçün dörd günlük şərəfli müharibənin ildönümüdür:

 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişədir.

 

Dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" yüksəkliyində nəzarəti ələ keçiriblər.Döyüşlər nəticəsində Azərbaycan SilahlıQüvvələri  Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib.

 

4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür: 

 

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. Hər il dünya üzrə minalardan təmizləmə fəaliyyəti nəticəsində 100 kvadrat kilometrdən çox ərazi minalardan təmizlənir, 7 milyondan çox insana təhlükədən necə müdafiə olunmaq öyrədilir.

 

4 Aprel Ümumdünya İnternet Günüdür:

 

Belə ki, 4 aprel şagirdlərin, tələbələrin himayəçisi olan və tarixdə ilk “Etymologiae” ensiklopediyasının yaradıcısı Sevilyalı Müqəddəs İsidorun xatirə günüdür.

 

Qeyd edək ki, vatikan katolik kilsəsi 1998-ci ildə ümumdünya internet şəbəkəsini “insan bilikləri xəzinəsi” adlandırıb.

 

Uzun müddət namizədlər arasında seçim edən Vatikan 2000-ci ildə belə qərara gəlib ki, internetin ən yaxşı himayəçisi Sevilyalı Müqəddəs İsidor adlana bilər. Öz qərarını şərh edən II İoann Pavel bildirib ki, insan biliklərinin xəzinəsi internetdir, buna görə də o, bu missiyanı İsidora həvalə edib.

 

4 aprel 1992-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr qurulub:

 

Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.Son illər ərzində iki ölkə arasındakı siyasi əməkdaşlıq xeyli dərəcədə artmışdır.Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına mühüm təkan vermişdir. Diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulmuşdur. 1992-ci ildə hər iki dövlətin qarşılıqlı surətdə səfirlikləri açılmışdır.