Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 16:50:50
Rusiyada İLK: Məktəbli dövlətə xəyanət ittihamı ilə HƏBS OLUNDU

Rusiya Federasiyasının məhkəməsi dövlətə xəyanətdə ittiham olunan 18 yaşlı məktəblinin cəzasını təsdiqləyib.

 

AzEdu.az xəbər verir ki, məlumatı “Novaya qazeta”ya məktəblinin anası Viktoriya Lik verib.

 

Ümumi yurisdiksiyanın 3-cü Apellyasiya Məhkəməsi RF Adıgeya Respublikasının paytaxtı Maykop sakini Kevin Likin dövlətə xəyanət işi üzrə çıxarılan hökmü qanuni sayıb.

 

2023-cü ilin dekabrında Adıgey Ali Məhkəməsi Liki 4 il həbs cəzasına məhkum edib. Bu, dövlətə xəyanətlə bağlı maddədə nəzərdə tutulan minimum müddətin üçdə biri qədərdir. Təqsirləndirilən şəxsin yaş həddi, yaşadığı və təhsil aldığı yer üzrə müsbət xüsusiyyətləri nəzərə alınaraq cəza yüngülləşdirilib.

 

Müstəntiqlərin fikrincə, Kevin Maykopdakı hərbi hissələrin fotolarını çəkib və kadrları “xarici dövlətin nümayəndəsinə” göndərib. Gəncin davranışı Rusiya Federasiyasının “siyasi kursu ilə razılaşmaması” ilə izah edilib.

 

Bu, Rusiya Federasiyasında məktəblinin dövlətə xəyanətdə mühakimə olunması ilə bağlı ilk hadisədir.