Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 17:24:57
Məktəblilər beynəlxalq olimpiadada uğur qazanıblar

Azərbaycan məktəbliləri Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə Türkmənistanın Arxadağ şəhərində keçirilmiş riyaziyyat olimpiadasında uğur qazanıblar.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 5 şagirdi də iştirakçılar sırasında olub. Onlardan 8-ci sinif şagirdi Elvira Quliyeva və 7-ci sinif şagirdi Sübhan Muxtarlı olimpiadada bürünc medal əldə ediblər. Sübhan Muxtarlı olimpiadanın ən gənc iştirakçısı və ən gənc medalçısı olub.

 

Olimpiadada 13 ölkədən 134 məktəbli iştirak edib.